YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli və çoxtərəfli əməkdaşlıqda etimad mühiti

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan müstəqilliyinin yenidən bərpasının 30 ildən artıq dövrünü arxada qoyub. Hər zaman qeyd edildiyi kimi, müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqil olmaq müstəqil siyasət həyata keçirmək deməkdir. Azərbaycan daim müstəqil siyasəti ilə dünyanın diqqətindədir. Ölkəmizin yürütdüyü müstəqil siyasət dost, qardaş ölkələr tərəfindən təqdir edildiyi halda, uğurlarımızı, müstəqil siyasətimizi qısqanclıqla qarşılayan, həzm edə bilməyən dövlətlər  isə  hər zaman ölkəmizə qarşı  əks-təbliğat kampaniyası aparırlar.

Artıq bu gün tarixi Zəfərimizin yaratdığı reallıqlardan,  onların dünya gücləri tərəfindən qəbulundan və bu istiqamətdə fəaliyyət göstərmələrindən bəhs edirik. Azərbaycanın hər bir uğurunda müstəqil siyasətinin rolu inkaredilməzdir. Ölkəmizin iqtisadi və siyasi  müstəqilliyinin möhkəmləndirilməsində  də bu amilin rolu böyükdür.

Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu diqqət və marağın müəyyən dövrlərdə dəyişdiyini əminliklə qeyd edə bilərik. Müstəqilliymizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə  səbəb olmuşdu. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normaq iqtisadi mühitin yaradılması Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinin aradan qaldırımasına geniş imkanlar yaratdı.  1994-cü ildə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın müstəqil siyasətinin dünyaya təqdmatı oldu. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşurutu ilə bağlı nə qədər təkliflər və təzyiqlər oldu. Lakin Azərbaycan öz müstəqil siyasətini nümayiş etdirərək təklif etdiyi marşurut üzrə neft kəmərinin reallığa çevrilməsinin vacibliyini diqqətə çatdırdı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin  gerçəkləşməsi ilə  Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi.

Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə hər səfərində Azərbaycanın enerji siyasətindən, qazanılan uğurlardan geniş bəhs olunur, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin artan rolu yüksək dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, Forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı ölkəmizin enerji strategiyasının uğurlarının aydın mənzərəsini yaratdı.

Prezident  İlham Əliyevin çıxışı auditoriya  tərəfindən  böyük maraqla qarşılandı. Forum cərçivəsində Prezident İlham Əliyev  İtaliyanın nüfuzlu  KİV nümayəndələrinin suallarını  cavablandırdı.  “Sizin ölkənizin siyasəti hansı yöndədir” sualını cavablandırarkən dövlət başçısı İlham Əliyev Azərbaycanın  hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışdığımızı,  heç bir zaman ölkəmizin  nəhəng qonşuların siyasətinə uyğunlaşdırmadığını diqqətə çatdırdı: “Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız və tərəfdaşlarımız olmalıdır.”

İkitərəfli və çoxtərəfli əməkdaşlıqda etimad mühitinin mövcudluğu əsas şərtlərdən biridir. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipinə uyğun münasibətlər qurur, dövrün, zamanın tələblərinə uyğun olaraq yeni pririoritetlətin müəyyənlşdirilməsinə maraq göstərir. Cənab İlham Əliyevin İtaliyaya işgüzar səfəri bu baxımdan da diqqətçəkən oldu. Belə ki, iki dost ölkənin ikitərəfli gündəliyinə yeni bir sahə-təhsil də daxil edildi. Dövlət başçısının  bildirdiyi kimi, bu onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik.

Ümumilikdə səfər tarixi Zəfərimizin yaratdığı reallıqların qəbulunun təqdimatı oldu. İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində fəal iştirakı özündə bir çox məqamları ehtiva edir. Münasibətlərimiz strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru addımlayır.

DİGƏR Xəbərlər Arxiv