YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzində olublar

Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müstəqillik tariximizin ən parlaq səhifələrindən biridir. Həmin gün təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın xilası kimi tarixə yazılıb.

Bununla əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının bir qrup fəalları - əməkdaşlar, qazilər, tələbələr və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlər Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Rayon təşkilatının fəallarına dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərimizi beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ziyarətçilərin böyük marağına səbəb olub. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir.

Bildirilib ki, muzeyin ən maraqlı bölmələrindən biri də Ümummilli Liderin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda Ulu Öndərin hərbi və mülki geyimləri, o cümlədən iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən “Azərbaycan inciləri: tarixin axarında” adlı sərgidə Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlarla tanışlıq olub. Burada qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri diqqət çəkir, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada - səsli təqdim olunur.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq YAP Xətai rayon təşkilatının fəallarında zəngin təəssürat yaradıb.

Sonda xatirə şəkli çəkdirilib.