YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan diktə edir

“Azərbaycan dövlətinin sülh tərəfdarı olduğu və hər zaman sülh prosesinin inkişafına verdiyi töhfələr açıq-aydın görünür". Bu fikri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib. 

A.Əsgərli deyib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bu ölkənin çirkin məqsədlərindən xəbər verir: “Ermənistan məcburi olaraq sülhə gətirilib. Bunun üçün zamana ehtiyac var idi. Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bu haqda danışaraq regionda baş verən bir çox dəyişiklikləri və dinamikanı aydın təsvir edib. Ölkə başçısı əldə olunan sülh razlaşmasında Brüsseldəki üçtərəfli görüşün də əhəmiyyətini vurğulayıb. Sülh prosesi Azərbaycanın irəli sürdüyü təkliflər əsasında həyata keçirilir. Azərbaycan diktə edir. Ermənistan Azərbaycanın təklif etdiyi baza prinsiplərini artıq qəbul edib. Müsbət haldır ki, vəziyyət sülhə doğru inkişaf edir. Azərbaycan və Ermənistan xarici işlər nazirləri praktiki danışıqlara başladıqdan sonra sülh sazişi ilə bağlı proses daha da sürətlənəcək".

DİGƏR Xəbərlər Arxiv