YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Astara rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatında ərazi partiya təşkilatı sədrləri ilə görüş keçirilib.

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bu gün Azərbaycanımızın uğurlu inkişafından, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda qarşıda dayanan vəzifələrdən geniş bəhs edib.

Həbib Cəfərov onu da əlavə edib ki, şanlı Qələbəmizin reallıqları əsasında ötən il VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının yeni tərkibi formalaşdı, yeni qərarlar qəbul edildi: “Qarşıya qoyulan vəzifələr daha səylə çalışmağa, bütün qüvvə və bacarıqlarımızı səfərbər etməyə çağırışlar etdi.  Yaxın zamanlarda ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi, milyonların sevgisini qazanan YAP-ın yaradılmasının 30 illik yubileyini qeyd edəcəyik. Yubiley tədbirləri bir daha 30 illik yolun təhlilinə və yeni hədəflərin müəyyənləşdirilməsinə yol açacaq.”

YAP Astara rayon təşkilatının sədri ərazi partiya təşkilatı sədrlərinə tapşırıqlarını verib.

Görüşdə YAP Astara rayon təşkilatı ərazi partiya təşkilatı sədrləri çıxış edərək qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələrdən danışaraq bir daha bildiriblər ki, bundan sonra da Heydər Əliyev ideyalarının fəal təbliğatçısı olaraq üzərilərinə düşən missiyanı layiqincə yerinə yetirəcək, qalib Azərbaycanın uğurlarının davamlılığına öz töhfələrini verəcəklər.