YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçiriləcək

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 6-da müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan konsert keçiriləcək.

Konsertdə Azərbaycanın xalq artisti, Fransa ictimaiyyətinə yaxşı tanış olan pianoçu Murad Hüseynovun ifasında maraqlı musiqi nömrələri səsləndiriləcək. O, Azərbaycan bəstəkarları Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin və Xəyyam Mirzəzadənin əsərləri ilə yanaşı, fransız bəstəkarlar Qabriyel Forenin və “Xocalı-613” əsərinin müəllifi kimi azərbaycanlılara yaxşı tanış olan Pyer Tiloyun əsərlərini də ifa edəcək.