YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: ATƏT-in Minsk qrupu həmsədrləri yalnız kəmiyyət baxımından fəallaşıblar

«Həmsədr dövlətlər fərqindədirlər ki, sadəcə hadisələrin gedişini kənardan müşahidəçi kimi izləsələr, onda proseslər onların istəmədiyi ssenari üzrə inkişaf edə bilər”. Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, həmsədrlər bu gün sanki özləri üçün qənaət hasil ediblər ki, tərəflər arasında tez-tez təmasların qurulması müharibənin başlanması ehtimalını xeyli məhdudlaşdırır: “Onlar hesab edir ki, belə təmaslar müharibənin başlama ehtimalının tam qarşısını almasa da, xeyli buxovlayır. Ona görə ciddi cəhdlə çalışırlar ki, indiki gərginlikdən qurtulsunlar. Bunun üçün həmsədrlər çalışır ki, heç olmasa xarici işlər nazirləri səviyyəsində görüşə nail olsunlar. Bunun ardınca isə prezidentlərin görüşünü təşkil etsinlər”.

E. Nəsirov qeyd edib ki, Fransa prezidenti Fransua Ollandın regiona səfərindən sonra fransalı həmsədr öz ismarıcını göndərib: “Xüsusilə Fransa tərəfi danışıqlar prosesini xeyli fəallaşdırmaq niyyətindədir. Yəni, bu tendensiya hiss olunur. Amma bu heç də keyfiyyət anlamında deyil. Söhbət burada yalnız kəmiyyətdən gedir. Çünki, həmsədrlərin nə yeni təklifi var, nə də köhnə təklifləri Ermənistan tərəfinə qəbul etdirməyə iradələri. Buna görə belə mürəkkəb situasiya yaranıb. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrləri yalnız kəmiyyət baxımından fəallaşıblar və onların bu fəallığı münaqişənin həllinə yox, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlib”.