YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Franko Frattini: Dağlıq Qarabağ münaqişəsinin həllində BMT-nin əhəmiyyətli rolu ola bilər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalıdır. Hər bir ölkə beynəlxalq hüquqa əməl etməlidir. Bu problemin həllində BMT-nin əhəmiyyətli rolu ola bilər.

Bu sözləri İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini deyib.

İki ölkə arasındakı münasibətlərin kifayət qədər yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Franko Frattini, İtaliyanın Azərbaycanın iqtisadi, həmçinin enerji sahəsində bir neçə il öncə əsas tərəfdaşlarından biri olduğunu xüsusi vurğulayıb: “Azərbaycan İtaliyanın ən böyük enerji təchizatçısına çevrilib. Əlbəttə ki, Azərbaycan ilə İtaliya arasında uğurlu infrastruktur layihələri həyata keçirilir. Mən Trans-Adriatik Boru Kəməri üzərində gedən danışıqlar prosesinə xüsusi cəlb olunmuşdum. Azərbaycan rəhbərliyi bu layihənin İtaliyaya aid olması barədə qərar verdi. Bu həqiqətən də mükəmməl qələbə layihəsidir. Təbii ki, Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələr də yüksək səviyyədədir. Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Fondun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Biz bir daha Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna İtaliya mədəniyyətinin dünya irsi kimi qəbul olunmasına verdiyi töhfələrə görə minnətdarıq. Bu bizim üçün çox mühümdür”.