YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının bir qrupu təltif edilib

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 47 əməkdaşı təltif olunub. Xidmətin əməkdaşlarından bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər “Vətən uğrunda”, səkkiz nəfər “İgidliyə görə”, 29 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Prezidentin digər Sərəncamı ilə bir nəfərə general-mayor ali hərbi rütbəsi verilib.