YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin 11-ci Prezidenti Abdullah Gülə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Aprelin 30-da Türkiyənin 11-ci Prezidenti Abdullah Gülə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

Bu münasibətlə keçirilən mərasimdə ADA Universitetinin rektoru Hafiz Paşayev sabiq Prezident Abdullah Gülün həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat verib.

Rektor Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə də elm və təhsil sahələrində əməkdaşlığın inkişafından bəhs edib.

Hafiz Paşayev Abdullah Gülün dünyada sülhün qorunub saxlanması üçün göstərdiyi səylərə, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin dərinləşməsinə verdiyi töhfəyə, iqtisadiyyat elmində əldə etdiyi nailiyyətlərə görə ADA Universitetinin fəxri doktoru adına layiq görüldüyünü bildirib və diplomu sabiq Prezidentə təqdim edib.

Mərasimdə çıxış edən Abdullah Gül Azərbaycana səfərindən və III Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edib. O, fəxri doktor adına layiq görülməsinə görə universitetin kollektivinə minnətdarlığını bildirib, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısının təqdirəlayiq olduğunu vurğulayıb.