YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərspace 1” ilk Avropa Oyunlarının yayımına cəlb olunan dörd süni peykdən biri seçilib

“Azərspace 1” telekommunikasiya peyki Avropa Oyunlarının bütün dünyaya yayımı üçün cəlb olunan dörd süni peykdən biri seçilib.

Bu barədə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov artıq peykin test prosesindən keçirildiyini və istifadəyə tam hazır olduğunu bildirib.

Nazir qeyd edib ki, “Bakı-2015” Avropa Oyunları ilə əlaqədar ictimai yerlərdə - bir sıra parklarda, olimpiya kəndində, oyunlar ətrafında olan sahələrdə “wi-fi” zonaları istifadəyə veriləcək. Onların çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. İstifadəçilərə güzəşt olaraq “wi-fi” zonaları iki ay müddətində pulsuz fəaliyyət göstərəcək.