YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı şəhid ailələri və qazilərlə görüşüb

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış rayonun Pirəyir kəndindən Mustafayev Siyasət Akif oğlunun, Ağzıbir kəndindən İbrahimxəlilov Soyxan Eldəniz oğlunun, Ağcayazı kəndindən Səlimov Ramil Raqif oğlunun, Ağdaş şəhərindən İsmiyev Emil Elman oğlunun ailə üzvləri və Vətən müharibəsi qazisi, Ağdaş şəhər sakini Xəlilli Nizami Zahir oğlu ilə görüşüb. Onların qayğıları ilə maraqlanan millət vəkili qaldırılan məsələlərin diqqət mərkəzində saxlanılacağını, həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyini  bildirib.

Görüş zamanı onların keçmiş olduqları döyüş yolu və göstərdikləri igidliklər haqqında qazi və şəhidlərin ailə üzvləri ilə söhbətlər edilib. YAP İdarə Heyətinin üzvü vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını, onların hər zaman ehtiramla yad ediləcəyini, adlarının uca tutulacağını bildirib. Qeyd edilib ki, Prezident  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələlərə hər zaman xüsusi diqqət ayırıblar, dövlətimiz həmişə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına qayğı göstərib, onların bütün sosial problemləri həll olunur.

Şəhid ailələrinin üzvləri və qazimiz dövlətimiz tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.