YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin idmançılarla görüşü onları yüksək nailiyyətlərə ruhlandıran ən güclü stimul olacaq

 “Azərbaycanın bu gün dünyanın aparıcı idman ölkələrindən biri olması beynəlxalq idman ictimaiyyəti tərəfindən də təsdiq olunmuş bir faktdır. Bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. Əlbəttə ki, bu nailiyyətlərin əldə olunması birmənalı olaraq Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısı və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər, idman siyasəti sayəsində mümkün olub”.

Bu sözləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının aktivinə yazılmış ilk qızıl medal da idmançılarımızın yüksək fiziki hazırlığından və mənəvi əhval-ruhiyəsindən xəbər verir: “Məlum olduğu kimi, hazırda qardaş Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirilir. Yarışların yeni başlamasına baxmayaraq, Azərbaycan idmançıları artıq bir qızıl medal əldə ediblər. Əlbəttə ki, bu hələ yalnız başlanğıcdır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyəyə işgüzar səfər çərçivəsində avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşləri idmançılarımızı daha böyük nailiyyətlərə ruhlandıran ən güclü stimul olacaq. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində Azərbaycan Prezidentinin idmançılarla görüşüb onlarla söhbətləşməsi artıq bir ənənə halını alıb. Bu ənənə isə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxladığının daha bir təsdiqidir. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim idmançılarımızın qələbələri həm Olimpiya Oyunlarında, həm də dünya və Avropa çempionatlarında artıq adi hala çevrilib”, - deyə deputat qeyd edib.

Daha sonra A.Naxçıvanlı IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirildiyini xatırladaraq bunları deyib: “Bu məqamda, əlbəttə ki, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını da xatırlamaq yerinə düşər. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan digər beynəlxalq idman tədbirləri kimi, İslam Həmrəyliyi Oyunlarını da ən yüksək səviyyədə keçirməyi uğurla bacarmışdı. Bu mötəbər yarışın Bakıda təşkili irimiqyaslı beynəlxalq idman tədbirlərinin keçirilməsində respublikamızın malik olduğu potensial imkanları bir daha nümayiş etdirmiş, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrinin daha da genişlənməsinə səbəb olmuş, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun bir qədər də artmasını təmin etmişdir. Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu gün qardaş Türkiyədə də idmançılarımız yeni dostlar tapacaqlar. Çünki İslam Həmrəyliyi Oyunları həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən güclü amildir”.

Deputat vurğulayıb ki, bu gün idmançılarımızı yüksək nailiyyətlərə ruhlandıran ən vacib amillərdən biri də onların artıq qalib ölkənin təmsilçiləri olmalarıdır: “Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin bir qolu kimi ölkə gənclərinə və idmanın inkişafına göstərilən xüsusi diqqət, qayğı idmançılarımızın yüksək nəticələr əldə etməsini şərtləndirən əsas amillərdir. Lakin bu gün idmançılarımız üçün böyük stimul kimi çıxış edən daha bir vacib məqam mövcuddur. Bu stimul iki il bundan əvvəl əldə olunmuş tarixi Qələbəmizdir. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurduqdan sonra idmançılarımız da artıq bütün beynəlxalq yarışlarda məhz qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Öz çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Əlbəttə ki, döyüş meydanlarında əldə olunmuş tarixi Qələbə idman yarışlarında da yüksək nəticələr əldə etmək üçün ən güclü stimuldur. Heç bir şübhə yoxdur ki, Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında əldə edəcəkləri nailiyyətlərlə bunu bir daha təsdiq edəcəklər”.

DİGƏR Xəbərlər Arxiv