YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilir

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında AMEA-nın illik ümumi yığıncağı keçirilir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatların nümayəndələri iştirak edirlər.

Əvvəlcə iştirakçılar akademiyanın institutlarının və elmi tədqiqat müəssisələrinin elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi qurumun illik fəaliyyətinə həsr olunan hesabat məruzəsi dinlənilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsinə və akademiyanın bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilər keçiriləcək. Həmçinin “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatları sahiblərinə təqdim olunacaq.