YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Əlcəzairin müstəqillik günü qeyd edilib

İyulun 6-da Əlcəzairin Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 60-cı ildönümü ilə əlaqədar tədbir təşkil edib.

Əvvəlcə Azərbaycanın və Əlcəzairin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı səfiri Əbdülvahab Osman deyib ki, beynəlxalq arenada Azərbaycanın rolu artmaqda davam edir. Əlcəzair Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir: “Azərbaycan və Əlcəzair bir çox beynəlxalq təşkilatların fəal üzvüdür. Əlcəzair Azərbaycanla gözəl münasibətlərə malikdir. Hər iki ölkə arasında Dostluq Assosiasiyasının qurulmasının vaxtı çatıb. İki qardaş xalqın bir çox sahələrdə əməkdaşlıq layihələri vardır. Qoşulmama Hərəkatına rəhbərlik etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Yaşasın Əlcəzair və Azərbaycan qardaşlığı!”.

Xarici İşlər Nazirliyinin Dövlət protokol idarəsinin rəisi Ramil Rzayev tədbirdə çıxış edərək hər iki ölkə arasında dini və mədəni bağların olduğunu diqqətə çatdırıb. Beynəlxalq təşkilatlarda gözəl əməkdaşlığın olduğundan və bunun daha da genişləndirmək niyyətindən danışılıb: “2019-cu ildə Əlcəzair səfirliyinin Azərbaycanda təsis edilməsi ölkələrimiz arasında böyük perspektivlər açıb. Azərbaycanın ərazi bütövlüyünü Əlcəzair birmənalı olaraq dəstəkləyir və bir çox təşkilatlar çərçivəsində bunu nümayiş etdirir. Qardaş Əlcəzairin tutduğu mövqe və 44 günlük müharibədə göstərdiyi dəstək xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir”.