YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etiraz bildirən ilk ölkə olub

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

İyunun 30-da Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əsası qoyuldu. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsü Qoşulmama Hərəkatına üzv olan dövlətlərin hər biri tərəfindən dəstəkləndi. Təbii ki, bütün dünyada parlament diplomatiyası və parlamentlərarası münasibətlər böyük əhəmiyyət kəsb edir. Bu mənada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı yeni trendlərin reallaşması baxımından diqqəti cəlb edir. Fikrimizcə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təkcə Hərəkatın üzvü olan ölkələr arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə işgüzar münasibətlər quracaq. Azərbaycan Qoşulmama Hərəkatının yeni üzvü olsa da fəaliyyətinin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və 1950-ci ildən qəbul edilmiş Bandunq prinsiplərinin təşviqinə töhfə verməyə çalışıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 ilə üst-üstə düşdü və ölkəmizin Prezidenti İlham Əlıiyev cənabları beynəlxalq arenada bu xəstəliklə mübarizədə fəal rol oynayan dövlət rəhbərlərindən biri idi. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirildi. Bu, pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan idi. Elə bunun nəticəsində Hərəkat üzvləri BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüs irəli sürdü.

Bu Azərbaycan və Qoşulmama Hərəkatı üzvlərinin humanitar missiyalarından biri idi. Üzv dövlətlərin birgə yaratdığı məlumat bazası bu pandemiya ilə və ya gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalıdır. Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə edib və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, dövlətimizin və ölkə başçısının COVID-19 ilə mübarizəyə yanaşması, eləcə də səyləri çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ilk ölkələrdən biri idi. Pandemiyanın ilk günləri və aylarında bəzi zəngin Qərb dövlətləri onlara lazım olduğundan qat-qat artıq peyvənd tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı mübarizə Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəkləndi. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməklə yanaşı, Hərəkatın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə gətirib çıxara bilər.