YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Döyüş meydanında tarix yazan yenilməz Azərbaycan ordusu. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanın yenilməz ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar güstərərək 30 il işgal altında olan torpaqlarımızı azad etdi, tarixə qızıl hərflərlə yazılacaq şanlı Zəfər qələbəsi qazandı. Azərbaycan ordusu bütün gücünü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan ordusu dünya hərb tarixinə yazılacaq yüksək döyüş qabiliyyəti nümayiş etdirildirərək gücünü və qüdrətini bütün dünyaya bir daha göstərdi. Ordumuzun qəhrəman əsgər və zabitləri bu ağır döyüşlərdə igidlik, mərdlik göstərərək qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirən zaman Vətən uğrunda Şəhid oldular. Allah bütün Şəhdlərimizə rəhmət eləsin, qazilərimizə şəfalar diləyirik. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyirik. Şəhidlərimizin qəhrəmanlığı daim xalımızın qəlbində əbədi yaşayacaqdır.

Azərbaycan xalqı öz qüdrətli ordusu ilə daha çox fəxr edir və inanır ki, torpagımıza güz dikən hər hansı düşmənin hər an qarşısını almağa hazırdır, layiqli cavab verməyə qadirdir. Bu gün Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğuna dair mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə yerinə yetirilir, ordumuz müasir texnikalarla, silahlarla təmin olunur. Artıq bütün dünya dövlətləri etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ölkə Prezidenti bu gün də ordu quruculuğunu öz siyasətində prioritet istiqamət olaraq saxlayır. Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu hərbi qüdrətini artıraraq gündən-günə inkişaf edir. Döyüş meydanında yeni tarix yazan bizə şanlı Qələbəni yaşadan Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.