YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Lüsern Beynəlxalq Turizm Forumunun 2015-ci il üzrə qonaq ölkəsidir

İsveçrənin Lüsern şəhərində IV Dünya Turizm Forumu işə başlayıb. Forumda turizm, iqtisadiyyat, siyasət, elm və maliyyə sahələrini təmsil edən 450-dən artıq iştirakçı beynəlxalq turizmin aktual mövzuları ətrafında fikir mübadiləsi aparacaq.
“Turizm, səyahət və qonaqlama menecmentində qlobal liderlərin gələcək nəsillə görüşü” devizi altında keçirilən forumda Azərbaycan nümayəndə heyəti iştirak  edir.
Forum çərçivəsində turizm sənayesinin davamlılıq və innovasiyalar nöqteyi-nəzərindən inkişaf perspektivləri, rəqəmsallaşma trendləri, beynəlxalq şoppinq turizmi, yeni nəsil turizm menecerləri qarşısında duran çağırış və tapşırıqlar ətrafında məruzələr dinlənəcək, müzakirələr aparılacaq.