YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı “Məktəbli 16” ərazi partiya təşkilatında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib.

Çıxış edənlər 26 İyun - Silahlı Qüvvələr Gününün əhəmiyyətindən, ordumuzun yaranması və formalaşması, 44 günlük tarixi zəfərdə müzəffər Azərbaycan ordusunun keçdiyi şanlı qələbə yolundan danışıblar.

Sonda tədbir iştirakçıları Vətən müharibəsi şəhidi Vüsal Teymurovun anası Nahidə Teymurovanı doğum günü münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıblar.