Xəbərlər
Şəhid Elvin Abasovun doğum günündə xatirəsi anılıb

Şamaxı rayonunda Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Abasov Elvin Səxavət oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və təşkilat əməkdaşları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Mərasimdə şəhidin döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.