YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

Tovuz şəhər Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.

Öncə Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Tovuz RİH başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən, dahi rəhbərin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışıblar. Bildirilib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.