YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirin İsgəndəriyyə Kitabxanasında Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş konfrans keçirilib

Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən Misirin İsgəndəriyyə Kitabxanasında Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş konfrans keçirilib.
Konfransda İsgəndəriyyə şəhərinin qubernatoru Hani Əlməsiri, kitabxananın direktoru, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin rəhbəri İsmayıl Siracəddin, Mərkəzin üzvləri - Bolqarıstanın sabiq prezidenti Dmitri Stoyanov, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana, Ruminiyanın sabiq prezidenti Emil Konstantinensko, Albaniyanın sabiq prezidenti Rekxeb Meidani, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev və səfirliyin əməkdaşları, Nizami irsini tədqiq edən misirli alimlər, ictimai-siyasi xadimlər, ictimaiyyətin nümayəndələri, misirli tələbələr iştirak ediblər.
Konfransı açan İ.Siracəddin Nizami yaradıcılığını geniş təhlil edərək, onun zəngin irsinin nəinki Azərbaycan xalqına, eyni zamanda, bütün bəşəriyyətə verdiyi misilsiz töhfələrdən, böyük şairin həm də mütəfəkkir, filosof kimi fəaliyyətindən danışıb.
Çıxışlardan sonra İ.Siracəddin Nizami Gəncəvinin Azərbaycan Respublikası tərəfindən kitabxanaya təqdim olunan büstünün açılışını edib.
Daha sonra mətbuat konfransı keçirilib, KİV nümayəndələrinin sualları cavablandırılıb.
Tədbirin ikinci hissəsi İsgəndəriyyə, Əl-Əzhər və Munufiyyə universitetlərinin Nizami Gəncəvinin yaradıcılığı ilə məşğul olan alimlərinin çıxışları və geniş müzakirələrlə davam etdirilib.