YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı seçicilərlə görüşüb

117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Oğuzda növbəti dəfə seçiciləri görüş keçirib.

Deputat seçiciləri fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.

Oğuz və Qəbələ rayonlarından qəbula gələn vətəndaşlar sosial-məişət problemləri ilə yanaşı, əfv, təhsil, sahibkarlığa dəstək, turizm və digər məsələlərlə bağlı deputata müraciət ediblər. Gündəmə gətirilən məsələlərin bir qismi yerindəcə həll olunub, digər qismi ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.

Görüşdə iştirak edən seçicilər onları narahat edən problemlərin həllində göstərdiyi dəstəyə görə Aqiyə Naxçıvanlıya minnətdarlıqlarını ifadə ediblər.