YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Milli Qurtuluş Gününə həsr olunmuş bilik yarışı keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatında gənclərdən ibarət qrup üzvləri arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev irsinin öyrənilməsi” adlı bilik yarışı keçirilib.

3 turda keçirilən yarışda ümumilikdə 40-dan çox fəal gənc mübarizə aparıb.

Layihənin əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının və gənclərin siyasi biliklərinin artırılmasıdır.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev 15 İyun - Milli Qurtuluş Gününü Azərbaycanın taleyini dəyişən zəfər tarixi adlandıraraq, Heydər Əliyevin adının tarixə böyük xilaskar kimi düşdüyünü söyləyib. Onun sözlərinə görə, belə yarışların keçirilməsi gənclərə Heydər Əliyev irsi haqqında daha geniş biliyə yiyələnmək imkanı verir.

Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yerə Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi Misirxanov Telman Şövlət oğlu, ikinci yerə həmin Kollecin tələbəsi Rzazadə Rəhimə Faiq qızı və üçüncü yerə isə Lənkəran Tibb Kollecinin tələbəsi Zəbiyev Pərvaz Ziyadəli oğlu layiq görülüb. Yarışda iştirak edən Teymurov Nicat Firuz oğlu, Şirinov Vüsal Hüseyn oğlu, Əliyeva Aytac Elşad qızı, Zeynalova Ayan Xalid qızı, Hüseynli Səbinə Zamiq qızı, Mirzəyeva Zenfira Mübariz qızı isə fərqləndirici yerləri tutublar.

Qaliblərə YAP Lənkəran rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv