YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə Vətən müharibəsi şəhidlərinin doğum günlərində xatirələri anılıb

Lerik rayonunda Vətən müharibəsi şəhidləri Səfərov Ceyhun Akif oğlunun və Talıbov Təbriz Məhərrəmli oğlunun doğum günlərində xatirələri anılıb.

Lerik Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndələri Cənginəvud kəndində şəhid Ceyhun Səfərovun, Ləkər kəndində isə kiçik gizir Təbriz Talıbovun məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, şəhid Ceyhun Səfərov 2020-ci il oktyabrın 20-də Cəbrayıl istiqamətində, Təbriz Talıbov isə oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırd yüksəkliyinin azad olunması uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvələrinə ucalıblar. Prezidentin müvafiq sərəncamlarına əsasən Ceyhun “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları, Təbriz isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunublar.