YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Naqif Həmzəyev vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Naqif Həmzəyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında seçicilərinin növbəti qəbulunu keçirib.

Görüş zaman deputat vətəndaşları fərdi qaydada qəbul edib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, məişət problemləri, təhsil və işlə təminat kimi məsələlərlə müraciət ediblər.

Səsləndirilən problemlərə diqqətlə yanaşan Naqif Həmzəyev qeyd edib ki, qaldırılan bütün məsələlər araşdırılaraq, nəzarətdə saxlanılacaq.

Qəbul zamanı deputat vətəndaşlar tərəfindən səsləndirilən məsələlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlara məlumat veriləcəyini diqqətə çatdırıb.

DİGƏR Xəbərlər Arxiv