YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Təhsil Şöbəsi ərazi partiya təşkilatında bir qrup partiya fəalının iştirakı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Şərgi Zəngəzur Təhsil İdarəsinin Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, ƏPT sədrləri, partiya fəalları iştirak edib.

Tədbirin xalqımız üçün çox əlamətdar tarixi gün, 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini diqqətə çatdıran YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, 1993-cü ilin iyun günləri yenicə müstəqillik qazanmış Azərbaycanın həyatında çox çətin, məsuliyyətli bir dövr idi. Belə ki, respublikamız məhv olmaq, parçalanmaq, tarix səhnəsindən silinmək təhlükəsilə üz – üzə qalmışdı. Həmin dövrdə ölkə rəhbərliyində olan şəxslərin səriştəsizliyi, təcrübəsizliyi, yarıtmazlığı ucbatından respublikamızın hər yerində xaos, anarxiya, özbaşnalıq hökm sürürdü, demək olar ki, ölkə faktiki olaraq idarə olunmurdu. Xalq belə bir məqamda ulu öndər Heydər Əliyevə müraciət etdi. Doğma Azərbaycanı canından əziz sevən Ümummilli Liderimiz xalqın bu müraciətini müsbət qarşıladı və böyük xilaskarlıq missiyasını öz üzərinə götürdü. Qısa müddət ərzində Azərbaycanda ictimai – siyasi sabitlik əldə olundu, qanunsuz silahlı birləşmələr ləğv edildi, çətinliklə olsa da ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi başlandı. Bir sözlə, Azərbaycan məhv olmaq təhlükəsindən xilas edildi.

İ.İlyasov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra bütün azərbaycanlılar dünyanın hər yerində bu günü qalib xalqın qalib övladları kimi alnı açıq, üzü ağ, başı uca qeyd edirlər. O qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş möhtəşəm Zəfərin əsası məhz 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə qoyulub. Bu gün Ulu Öndərin siyasi kursu, onun dəsti - xətti Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən inamla, qətiyyətlə və layiqincə davam etdirilir. Ulu Öndərin bizlərə miras qoyduğu müstəqil Azərbaycan ictimai – siyasi həyatımızın bütün sahələri üzrə inkişaf edir, çiçəklənir və beynəlxalq aləmdə qüdrətli bir ölkəyə çevrilir. Əminik ki, müdrik xalqımızı qarşıda daha xoş, daha firavan günlər gözləyir.

Tədbirdə digər çıxışçılar ulu öndər Heydər Əliyevin mənalı həyat yolundan və müstəqil Azərbaycan dövlətinin dünyaya tanıdılmasından, görkəmli şəxsiyyətin siyasi, ideoloji və rəhbərlik bacarığından bəhs ediblər.