YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında tədbirlər keçirilir

İyunun 8-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının Ramiz Quliyev 4 və Sabit Orucov 28 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında qarşıda dayanan vəzifələrə həsr olunan tədbirlər keçirilib.

YAP Xətai rayon təşkilatı Ramiz Quliyev 4 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri  Anar Cavadov Azərbaycanın uğurlu inkişafından, dövlət başçısı İlham Əliyevin təkmil islahatlarının ölkəmizin qarşısında açdığı imkanlardan geniş bəhs edib. Bildirib ki,  dövrün tələblərinə uyğun  təkmilləşmə hər sahədə uğurlara yol açmaqla yanaşı, qarşıya mühüm vəzifələr qoyur. Yeni Azərbaycan Partiyası hər zaman islahatlar prosesinə öz töhfələrini verib, bu gün də yeni hədəflərə doğru inamla irəliləyir.

YAP Xətai rayon təşkilatının Sabit Orucov 28 ünvanında yerləşən ərazi təşkilatının sədri İradə Ayvazova ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının  ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyindən və rolundan danışıb. O, partiyanın tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında qarşıya qoyulan vəzifələrin icrası prosesində hər bir üzvün üzərinə böyük məsuliyyətin düşdüyünü, səylərin daha da birləşdirilməsinin önəmini diqqətə çatdırıb.

Tədbirlərdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanın  beynəlxalq aləmdə ən islahatçı ölkə kimi nüfuz qazanmasından, daim yeniliyə, təkmilləşməyə maraq göstərməsindən və bütün sahələrdə qazandığı təcrübənin nümunə olmasından  bəhs edib: “Həyat dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.”

“Azərbaycanın tarixi Qələbəsi bu tezisin reallıqda öz təsdiqini tapmasının aydın mənzərəsini yaradır” söyləyən Vüqar Rəhimzadə bildirib ki, hər dövrün tələbinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasının nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edir, müəyyənləşdirdiyi hər bir hədəfə yüksək səviyyədə nail olur: “Bu reallığı da xüsusi qeyd etməliyik ki, Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanır, hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Pandemiya səbəbindən iki illik fasilədən sonra bu günlərdə yenidən ənənəsini bərpa edən Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi də deyilənlərə bir daha işıq saldı. Dünya səviyyəsində Liderliyini qoruyan Azərbaycan tərəfdaşlarını Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada da bir araya gətirdi,  onlara “Xoş gəlmisiniz!” dedi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, azad Qarabağımızın, azad Şuşamızın ev sahibliyi etdiyi tədbirlər Azərbaycanın möhtəşəm uğurlara doğru inamla addımladığını təsdiqləyir.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın  aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası hər zaman ölkədə həyata keçirilən islahatlar prosesinə dəstəyi ilə diqqətdə olub: “Partiyanın qəbul etdiyi hər bir qərarın,  irəli sürdüyü hər bir təşəbbüsün əsasında dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın yüksək rifah şəraitində yaşaması dayanır.”

Diqqəti bir daha  Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqlarına uyğun olaraq ötən ilin   mart ayında keçirilən VII qurultayına yönəldən Vüqar Rəhimzadə vurğulayıb ki, qəbul olunan yeni qərarlar, yeni Nizamnamə və təsdiqlənən yeni Proqram qarşıya biri-birindən önəmli vəzifələr qoyur: “Partiyanın hər bir şəhər və rayon təşkilatı bu vəzifələrin icrası istiqamətində səylə çalışır. 18 minə yaxın üzvü 141 ərazi partiya təşkilatında birləşdirən YAP Xətai rayon təşkilatı  silsilə tədbirlər keçirir, qarşıda dayanan vəzifələrlə bağlı fikir mübadiləsi aparır. Bütün qüvvə və bacarıqlarımızı  yeni hədəflərin gerçəkləşməsinə yönəltməli, səylərimizi daha da artırmalıyıq. Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq böyük şərəf, eyni zamanda, böyük məsuliyyətdir.”

Tədbirlərin sonunda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

DİGƏR Xəbərlər Arxiv