YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Nəhəng potensial və təcrübə yenilənən enerjiyə investisiya yatırmağa imkan verib

Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib.

Bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında deyib.

Bu il dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, hazırda ümumi istehsal gücü 470 meqavat olan günəş və külək elektrik stansiyaları inşa edilir. “Gələn il bu iki stansiya istifadəyə veriləcək və bu yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

Azərbaycan Prezidenti çıxışında Xəzər dənizinin və işğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji potensialından da danışıb. Qeyd edib ki, hesablamalara görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat, Kəlbəcər və Laçının potensialı isə 9-10 min meqavat təşkil edir.