YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında 28 May – Müstəqillik Günü qeyd olunub

Mayın 26-da Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının akt zalında 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları - Anar İsgəndərov, Hikmət Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rəfael Gülməmmədov, ərazi partiya təşkilatlarının sədrləri, fəal gənclər iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, 28 May - Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz dörd il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil olub. Təşkilat sədri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan geniş bəhs edib. Həmçinin, müasir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini, ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik ölkə kimi qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Anar İsgəndərov və Hikmət Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoyduğunu, Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaratdığını qeyd ediblər. Vurğulanıb ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1991-ci ildə yenidən öz suverenliyini bərpa etmiş müasir Azərbaycanın, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyini və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığı vurğulanıb.

Qeyd olunub ki, 2020-ci ildə ərazi bütövlüyünün bərpası Azərbaycan və onun xalqı üçün növbəti şanlı tarixi qələbə və nailiyyət olub. Azərbaycan Prezidentinin 2022-ci ili “Şuşa ili” elan etməsi və birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyi, mədəni və ictimai tədbirlərin keçirilməsi ənənəsinin mədəniyyət paytaxtımız Şuşaya yenidən qayıtdığı diqqətə çatdırılıb.

Tədbirin sonunda YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup ərazi partiya təşkilatlarının sədrləri, fəal gənclər fəxri fərmanla təltif olunub və partiyaya yeni üzv olmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv