YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda şəhid Elgiz Abbaslının xatirəsi anılıb

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Abbaslı Elgiz Fuad oğlunun doğum günündə xatirəsi anılıb.

Bu münasibətlə təşkil olunan tədbirdə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Müslüm Rzayev, Sabirabad rayon Veteranlar şurasının sədri Faiq Hüseynov, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatın sədri Varis Rüstəmov və digər qonaqlar Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər. Qeyd ediblər ki, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Elgiz Abbaslı 2020-ci il oktyabrın 8-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Prezidenti İlham Əliyevin  müvafiq  Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü”  medalları ilə təltif edilib.