YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Latviya münasibətlərinin inkişaf dinamikasından məmnunluq ifadə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri xanım Laimdota Straujuma ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub. İkitərəfli siyasi münasibətlərin ruhuna uyğun olaraq iqtisadi və ticarət əlaqələrinin daha da inkişafi üçün mütəmadi əsasda biznes forumlar və işgüzar görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb.
Latviyanın Avropa İttifaqına sədrliyə başlaması münasibətilə təbriklərini çatdıran Elmar Məmmədyarov bu sədrliyin uğurla başa çatacağına əminliyini bildirib. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə toxunan nazir Azərbaycanın bu təşkilatla əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu bildirib. O, Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji xarakterli münasibətlərin mövcud olduğunu qeyd edib.
Baş nazir Laimdota Straujuma Azərbaycanın enerji sahəsində Avropa İttifaqının vacib tərəfdaşı olduğunu qeyd edib. O, may ayında keçiriləcək Şərq tərəfdaşlığı üzrə Riqa sammitində Azərbaycanın ən yüksək səviyyədə iştirakını səbirsizliklə gözlədiklərini bildirib.
Elmar Məmmədyarov iyunda Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin ən yüksək səviyyədə aparıldığını diqqətə çatdırıb və Latviyanı təmsil edən atletlərin uğurlu çıxışına ümidvar olduğunu qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv