YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zurab Abaşidze: Bu gün Gürcüstanın və bütövlükdə regionun əldə etdiyi imkanlar, nailiyyətlər Heydər Əliyevin xidmətləridir

Azərbaycanın Xəzər dənizində hasil etdiyi karbohidrogen ehtiyatlarının Gürcüstan ərazisindən keçməklə dünya bazarına çatdırılmasında və bu yolla ölkəmizin tranzit funksiyasını əldə etməsində Heydər Əliyevin xüsusi xidmətləri olub. Əminliklə deyə bilərəm ki, bu msələdə həlledici rol Heydər Əliyevə məxsusdur”.

Bu sözləri Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib.

Onun sözlərinə görə, bu gün Gürcüstanın və bütövlükdə regionun əldə etdiyi imkanlar, nailiyyətlər Heydər Əliyevin xidmətləridir. Bunu Azərbaycan xalqının ümummilli lideri, gürcü xalqının yaxın dostu heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş “Gələcəyə aparan yol” adlı sərginin açılışında da eşitdik. Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze də müsahiblərində bunu dəfələrlə təkrarlayıb.

Z.Abaşidze deyib: “Heydər Əliyev və Eduard Şevardnadze dünya miqyaslı dövlət xadimləri və siyasətçilər olublar. Onların dostluğu və şəxsi münasibətləri Gürcüstanla Azərbaycan arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayıb”.

Müsahib ötən əsrin 90-cı illərinin sonlarına qədər Gürcüstanın Avropa İttifaqındakı missiyasına rəhbərlik etdiyini və həmin illərdə Brüsseldə hər iki lideri bir neçə dəfə qarşıladığını vurğulayıb. Bildirib ki, həmin dövrdə Gürcüstanın və Azərbaycanın həyata keçirdiyi layihələr və proqramlarla yaxından məşğul olub.

Onun sözlərinə görə, birgə layihələr hər iki dövlətə yeni imkanlar verdi. Bu layihələr, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu, danılmaz faktdır.