YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru dosent Ruslan Həmidov bildirib ki, ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, müasir müstəqil Azərbaycan dövlətinin təməlini qoyub. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib.

“Şuşa ilinin ön sozü: Heydər Əliyev və Zəfər tarixi” adlı məruzə ilə çıxış edən YAP Lənkəran rayon təşkilatı 4 saylı ərazi partiya təşkilatının sədr müavini Cəmil Quliyev Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz məkan olduğunu bildirib. Qeyd edib ki, böyük siyasi əhəmiyyət kəsb edən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən sonra xalqımız üçün ən gözəl müjdədir.

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda çıxış edən kollecin tələbəsi Elnarə Miriyeva Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarının hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracağını söyləyib.

Daha sonra kollecin tələbələri Zeynəb Cavadzadə və Fidan Dadaşzadə Ulu Öndərə həsr olunan şeirlər səsləndiriblər.