YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ravil Zaripov: Azərbaycandakı iqtisadi inkişaf Tatarısanla əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaradır

Tatarıstan Respublikası Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır, Azərbaycandakı iqtisadi inkişaf əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaradır.
Bu fikirlər Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan-Rusiya biznes forumunda səsləndirilib. Tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.
Biznes forumda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yüksək tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, bu əməkdaşlığın Rusiya Federasiyasının federal subyektləri ilə də həyata keçirildiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan ortaq din, mədəniyyət və ənənələrə malik Tatarıstan Respublikası ilə müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Tatarıstan nümayəndə heyətinin Azərbaycana bu səfəri də əməkdaşlığın inkişafına, iqtisadi əlaqələrin daha genişlənməsinə öz töhfəsini verəcək. Sabah Gəncə avtomobil zavodunda “KamAZ” markalı yük maşınlarının yığılması üzrə konveyerin istifadəyə verilməsi Azərbaycan və Tatarıstan Respublikaları arasında əlaqələrin uğurlu inkişafının daha bir göstəricisidir.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov Tatarıstanın Rusiya Federasiyasının sürətlə inkişaf edən bölgələrindən olduğunu deyib, keçirilən biznes forumun iş adamları arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlığın qurulmasında əhəmiyyətli olacağını vurğulayıb, Azərbaycan iş adamlarını Tatarıstana dəvət edib.
Tədbirdə iştirak edən Azərbaycan və Tatarıstan şirkətləri fəaliyyətləri barədə məlumat verib, Azərbaycan və Tatarıstan arasında əməkdaşlığın inkişafı istiqamətləri müzakirə olunub.