YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Delimitasiya prosesində yalnız bir xəritə üzərində dayanılması yolverilməzdir

“Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Dünyanın fərqli qütbləri arasındakı münasibətlərin heç də xoş olmaması Azərbaycanın öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasətinin balanslaşdırılmasını daha da zəruri edir. Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır.”

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

Kamran Bayramov qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannamənin imzalanması da, bizim strateji maraqlarımıza əsaslanır, çünki, Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Aydındır ki, Rusiya ilə imzalanmış bəyannamə heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik anlamına gəlmir. Ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi", artıq, hər iki ölkənin parlamentləri tərəfindən ratifkasiya olunub. Bu sənəd iki qardaş ölkələr arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirib və ölkəmiz bununla da öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanıb. Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir.

Avropa İttifaqıyla əlaqələrə də toxunan K.Bayramov, diqqətə çatdırıb ki, məhz, çoxşaxəli xarici siyasətin istiqamətlərindən biri də, ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin daha da dərinləşməsidir. Azərbaycan üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır. Azərbaycan Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edir və onun səylərini alqışlayır. Aprelin 6-da keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmaların ən üstün tərəfi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması, hər iki ölkənin Xarici İşlər nazirliklərinə bununla bağlı müvafiq təlimatların verilməsi, Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının heç bir halda müzakirə predmeti olmayacağının əsas götürülməsi oldu. Ölkə Prezidentinin qeyd etdiyi kimi, yalnız bir xəritə üzərində dayanmamalıyıq, çünki bir çox xəritələr var – 1918-ci ilin xəritəsi var ki, İrəvan, o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur, Azərbaycanın tərkib hissəsi idi. Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabrında sovet hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul etdi. Lakin bu ərazi Ermənistana veriləndə o, bugünkü sahəyə, yəni,42 kilometrlik sahəyə malik deyildi, ərazi daha ensiz idi.

K.Bayramov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də, quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur: “Sözügedən fakt, onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir”-deyə, Kamran Bayramov, fikirlərini tamamlayıb.

DİGƏR Xəbərlər Arxiv