YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransda verdiyi bəyanatlar və irəli sürdüyü fikirlər regionun gələcəyi ilə bağlı inkişafı müəyyən edən siyasi hadisədir

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

“Dünyanın 23 ölkəsindən gəlmiş 40-a qədər beynəlxalq ekspertlərin, beyin mərkəzləri nümayəndələrinin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda Azərbaycan Prezidenti İlham Əliyev çox ciddi məsələlərə toxunaraq, əgər Ermənistan Cənubi Qafqazın ümumi təhlükəsizliyinə töhfə verməsə, kənarda qalsa, hər şeydən çox özlərinin ziyan çəkəcəyini bildirdi. Azərbaycan Vətən müharibəsində qalib gələn və hazırda şərtləri diktə edən tərəfdir. Odur ki, Ermənistan hakimiyyəti Azərbaycanın tələblərinə daha diqqətli yanaşmalı, mövcud problemlərin aradan qaldırılması, o cümlədən, nəqliyyat infrastrukturunun bərpası kimi aktual məsələlərə töhfə verməyə çalışmalıdır. Çünki, müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. İnformasiya təxribatları bu gün də davam edir. Azərbaycan təkcə döyüş meydanında və diplomatik masada qalib deyil, eyni zamanda informasiya və media müstəvisində də qalibdir və hələ də aktiv mübarizə aparır. Postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır.

Prezident İlham Əliyev konfransda quruculuq işlərində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edərək, özünün baxışını, sülhsevər siyasətini, Cənubi Qafqazın bütövlükdə sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində fəaliyyət planı və yol xəritəsini ortaya qoydu. Bu fəaliyyət planının ən vacib tərkib hissəsi kimi Azərbaycan sülh prosesinə sadiqliyi, o cümlədən beynəlxalq hüququn prinsiplərinə əməl olunması mövqeyini yenidən bəyan etdi. Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu məsələlər mövcud reallıqdan və gələcək planlardan xəbər verir. Eyni zamanda İlham Əliyev bildirdi ki, Azərbaycanın gələcək inkişafı ilə bağlı planlar genişdir və onların həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Dövlət başçısı İlham Əliyev konfransda bir daha bu çağırış etdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib. Belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Bu, özü gözəl bir bünövrə olar. Ölkə başçısı istər postmüharibə dövründə görülən işlərdən, istər sülh müqaviləsi haqqında, istərsə də mavi yanacağa artan tələbatın ödənilməsində Azərbaycanın görəcəyi işlər barədə konseptual yanaşmanı, eyni zamanda, bir sıra prioritetləri də açıqlamışdır.

Son vaxtların siyasi prosesləri göstərdi ki, Azərbaycan Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısıdır. Ermənistanın Azərbaycanın torpaqlarını otuz ilə yaxın işğal altında saxlaması Cənubi Qafqazda sülhə ən böyük mane olmaqla, regionun vacib mövqeyindən səmərəli istifadəni məhdudlaşdırmışdı. Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Ölkəmiz münaqişənin sülh yolu ilə həllinə dair bütün təşəbbüsləri dəstəkləmiş, problemin ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli istiqmətində lazımi iradə ortaya qoymuşdur. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanıb ki, bu da Azərbaycan dövlətinin gücünü göstərir. Bu gün bütün dünya müharibədən qalib çıxan Azərbaycanın bölgədə söz sahibi olduğunu, vədi ilə əməlinə daim sahib çıxdığını yaxşı başa düşür. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan genişmiqyaslı bərpa quruculuq işləri də bunu deməyə əsas verir. Beynəlxalq aləm də birmənalı şəkildə Azərbaycanın öz sərhədlərinin ədalətli şəkildə müəyyənləşdirilməsi, özgə torpağına göz dikməməsi mövqeyində olduğunu dərk edir. Ona görə də Azərbaycan sülh sazişini beynəlxalq hüquqda nəzərdə tutulan maraqları çərçivəsində imzalanmasına maraqlıdır.

Azərbaycan dövləti sülh danışıqlarına hər zaman sadiq olmuşdur. Ölkəmiz istər ən ağır siyasi və iqtisadi durumunda, torpaqları işğal altında olduğu dönəmdə, istərsə də regionun ən inkişaf etmiş dövlətinə çevrildiyi və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhün, əməkdaşlığın və inteqrasiyanın tərəfdaşı olub. Amma bütün bu layihələrin birtərəfli icrası mümkünsüzdür. Ermənistan da Cənubi Qafqazın ümumi gələcəyi naminə illərdir Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasətinə son qoymalı, onun planlaşdırılması prosesinə qoşulmalıdır.Azərbaycanın dünya miqyasında aparıcı söz sahiblərindən birinə çevrilməsini sübut edən əsas amillərdən biri kimi  ölkəmizin Ermənistan üzərində əldə etdiyi diplomatik qələbəni göstərmək olar. Artıq beynəlxalq səviyyədə böyük və ya kiçikliyindən asılı olmayaraq demək olar ki, əksər dövlətlər Ermənistanı işğalçı ölkə kimi tanımaqdadır. Əlbəttə ki, bütün bunlar Azərbaycanın artan gücü, beynəlxalq miqyasda öz mövqeyini qəbul etdirmək bacarığı sayəsində mümkün olmuşdur. Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməsi ilə region yeni mərhələyə daxil olub və ölkəmiz indi gələcəyə fokuslanıb, əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəkilində təqdim olunur. Şübhəsiz ki, təkzibedilməz vandalizm, dağıntılar, vəhşiliklər, işğalın çoxsaylı nəticələri və Azərbaycanın bu fonda yaratdığı reallıq Cənubi Qafqazda əməkdaşlıq istiqamətində gələcək addımlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Azərbaycanın ölkə miqyasında, eləcə də dünya miqyasında əldə etdiyi böyük uğurlar Prezident cənab İlham Əliyevin müəyyənləşdirdirdiyi və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur. Həyata keçirilən uğurlu xarici siyasət və ölkə başçısının qətiyyəti, diplomatik məharəti nəticəsində Azərbaycanın yaratdığı yeni reallıqlar artıq qonşu ölkələr, dünyanın böyük dövlətləri, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib. Bu gün Azərbaycan dövlətinin həyata keçirməkdə olduğu uğurlu siyasət ölkəmizin dünya səviyyəsində əhəmiyyətini artırmaqda və həlledici söz sahiblərindən biri kimi mövqelərini gücləndirməkdədir.

DİGƏR Xəbərlər Arxiv