YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: 2015-ci ilin birinci rübünün yekunları uğurlarımızı bir daha təsdiqləyir

«Azərbaycan iqtisadi cəhətdən dinamik inkişaf yolundadır. 2015-ci ilin birinci rübünün yekunları uğurlarımızı bir daha təsdiqləyir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı İlham Məmmədov deyib. 

İ.Məmmədov bildirib ki, həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. Onun sözlərinə görə, ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhrandan kənarda qalmasını şərtləndirməklə yanaşı, uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva edir. 

«Bu dövr ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə yönündə uğurlu addımlar atılıb»- deyə İ.Məmmədov qeyd edib. 

 

DİGƏR Xəbərlər Arxiv