YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa Qarabağın Tacıdır!” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı “Maştağa qəsəbəsi, Axund Mirzə Əbdülkərim küçəsi 93 ünvanı” üzrə ərazi partiya təşkilatında “Şuşa Qarabağın Tacıdır!” adlı tədbir keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhid ailələri, partiya fəalları və qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Çıxışlarda bildirilib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Prezident İlham Əliyevin 2022-ci ili məhz “Şuşa İli” elan etməsi çox mütərəqqi bir addımdır. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır.

Tədbirin sonunda şəhid ailələri və müharibə iştirakçıları dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.