YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlıları br yumruq kimi birləşərək tarixi missiyamızın uğurla həyata keçirilməsinə öz əvəzsiz töhfəsini verdi

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədlərində növbəti dəfə və daha irimiqyaslı hərbi təxribatlara başlamasından və ölkəmizin təkcə sərhəd deyil, sivil vətəndaşların da yaşadığı şəhər və kəndlərinin ağır atəş altında tutmasından sonra Azərbaycan adekvat cavab tədbirləri görməyə başladı. Məhz həmin təxribatlara cavab olaraq Azərbaycanın tarixi, əbədi və əzəli torpaqlarını işğal altından azad etməsi ilə nəticələnən Vətən müharibəsi başlandı. 44 gün davam edən və Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında peşəkar, rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində əsl yenilməzlik və qətiyyət nümayiş etdirdi. Ordumuz qarşısına qoyulan bütün vəzifələri ləyaqətli yerinə yetirərək qəhrəmanlıq salnaməsinə imza atdı, müharibənin davam etdiyi hər gün bir ərazimizin erməni işğalından azad edildiyi gün kimi tariximizə əbədi həkk olundu. Hər bir azərbaycanlıya sonsuz qürur və xoşbəxtlik bəxş edən Vətən müharibəsindəki qələbəmiz dünya dövlətlərinin və beynəlxalq təşkilatların da diqqət mərkəzində idi və bu müharibədə Azərbaycanın göstərdiyi şücaət araşdırılmağa, öyrənilməyə başlandı. Müharibənin gedişatında ordumuzun peşəkar heyəti tərəfindən həyata keçirilən döyüş əməliyyatları dünyanın hərb tarixində böyük uğur və tarixi bir qələbə kimi qiymətləndirildi. Zaman-zaman bununla bağlı bir sıra dünya hərbi ekspertlərinin və politoloqların müsahibələri dünya mətbuatında yer almağa başladı.

Ancaq xüsusilə qeyd etmək lazımdır ki, erməni təxribatlarına və onların uzun illər ərzində davam edən işğalçılıq və əsassız torpaq iddialarına cavab tədbiri olaraq başlanan Vətən müharibəsi Azərbaycan dövlətinin və xalqının nə qədər humanist və bəşəri, insani dəyərlərə sadiq qaldığını sübut etdi. Çünki ordumuz düşməndən tam fərqli olaraq yalnız hərbi obyektləri məhv edərək, dinc insanların bu müharibədən zərərsiz ötüşməsi üçün bütün gücünü səfərbər etdi. Çox təəssüflər olsun ki, düşmən daim məkrli əməllərini davam etdirərək, Azərbaycanın sərhədlərindən kilometrlərlə uzaqda olan, dinc əhalinin yaşadığı şəhərlərimizi raket atəşinə tutaraq, içərisində uşaq, qadın, yaşlı olmaqla onlarla sivil vətəndaşımızı öldürdü. Buna baxmayaraq dövlətimiz və xalqımız əsl səbr göstərərək bu müharibəni ləyaqətlə apardı. Haqq öz yerini tapdı və torpaqlarımız işğaldan azad edilərək, ərazi bütövlüyümüz bərpa edildi. Ermənilərin BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnamsəni icra etməyərək və qanunsuz olaraq həmin əraziləri işğal altında saxladığı 30 il ərzində törətdikləri vandalizm aktları, şəhərlərimizin yerlə yeksan edilməsi bütün dünyanın diqqət mərkəzində olmalıdır. Azərbaycan sülhsevər və sülhtərəfdarı bir ölkə olduğunu 30 ilə yaxın bir müddətdə dialoqa gedərək sübut etdi. Bu sülh danışıqları nəticə vermədi, beynəlxalq hüquq yerinə yetirilmədi.

Bu müharibədə zəfər qazanmağımızın ən başlıca və əsas səbəblərindən biri də məhz Azərbaycan xalqının qətiyyəti və iradəsi idi. Xalqımız müharibədən öncə olduğu kimi, müharibənin gedişatı zamanı da əsl həmrəylik və birlik nümayiş etdirərək, dövlətimizə və ordumuza tam dəstək oldu. Tariximizə əbədi olaraq qızıl hərflərlə yazılmış bu qələbəmizdə dövlət-xalq-ordu həmrəyliyi bütün dünya xalqları üçün böyük bir nümunədir. Tarixin bütün dönəmlərində çox ağır və çətin sınaqlardan üzüağ çıxmış xalqımız bu sınaqdan da ləyaqətlə çıxdı və qəhrəman xalq olduğunu bütün dünyaya göstərdi.

Təbii ki, təkcə Azərbaycanda yaşayan vətəndaşlarımız deyil, dünyanın dörd bir yanında məskunlaşmış, orada yaşayan, işləyən və təhsil alan soydaşlarımız da bu həmrəyliyin bir parçası oldu. Bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərərk bu tarixi missiyamızın uğurla həyata keçirilməsinə öz əvəzsiz töhfəsini verdi. Bu gün sonsuz qürur və iftixarla deyə bilərik ki, dünya azərbaycanlılarının həmrəyliyi qələbə ilə yekunlaşdı. 30 illik torpaq həsrətimizə son qoyuldu, Azərbaycan ədalətli qələbə çaldı. Beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi isə nəticə vermədi, Azərbaycan haqlı mübarizəsində bir an belə olsa geri çəkilmədi. Bu niyyətdə olanların fikirləri isə fiaskoya uğradı.

Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin də çıxışlarında bəyan etdiyi kimi bundan sonra biz qalib xalq, müzəffər dövlət kimi o torpaqlarda əbədi yaşayacağıq. Bu qələbəmizin əldə olunmasında xidmətləri olmuş bütün şəhidlərimizi də sonsuz sevgi və rəhmətlə anırıq.

Bu ilin aprel ayının 22-də Qarabağda, azad Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayının keçirilməsi olduqca əhəmiyyətli tarixi bir hadisədir. Qurultay çərçivəsində Şuşada dünya azərbaycanlılarının bir araya gəlməsi həmvətənlərimizin həmrəyliyinin və birliyinin bariz nümunəsidir. Xaricdə yaşayan milyonlarla azərbaycanlı, hər kəs öz yaşadığı ölkədə müharibənin gedişatını yaxından izləyirdi, qəlbi Azərbaycanla birgə döyünürdü. Onların, diaspor təşkilatlarımızın Vətən müharibəsi zamanı və postmüharibə dövründə milli maraqlarımızdan çıxış edərək, haqlı mövqeyimizin və ədalətli zəfərimizin dünyaya çatdırılmasındakı xidmətləri olduqca əhəmiyyətlidir. Həmin qurultayda dünya azərbaycanlıları ilə bir araya gələn və tarixi çıxış edən dövlət başçısı İlham Əliyev soydaşlarımızın xarici ölkələrdəki uğurlu və məqsədyönlü fəaliyyətlərindən bəhs edərək, bu birlik və həmrəyliyin önəmini vurğuladı. Ermənistandakı revanşist qüvvələrə də sərt mesajlar verərək, onları Vətən müharibəsindəki acı məğlubiyyətlərindən nəticə çıxarmağa çağırdı və bildirdi ki, bir daha mərkrli əməllərə əl atacaqları təqdirdə daha böyük məğlubiyyətlərə düçar olacaqlar.