YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bizim sülh gündəliyimiz və təşəbbüslərimiz regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib

Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq.

Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“Eyni zamanda, bizim açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev əlavə edib ki, ötən 30 il ərzində separatçılıq və işğalçılıq siyasəti nəticəsində Ermənistan bu imkanları itirib, Cənubi Qafqaza inteqrasiya olunmayıb.

DİGƏR xəbərlər Arxiv