YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi günlərində yekdil birlik nümayiş etdirən dünya azərbaycanlılarının həmrəyliyi qələbə ilə yekunlaşdı

Azad Balayev

YAP Balakən rayon təşkilatının sədri

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi tarixi bir hadisədir. Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən sonra dünya azərbaycanlılarının ilk dəfə toplaşdıqları bu mühüm tədbir Zəfər Qurultayı adlandırıldı. Zəfər Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi çox böyük tarixi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar. Hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultayda iştirak edən hər bir nümayəndə qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşadılar.

Möhtəşəmliyi ilə yaddaşlara həkk olunan qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirakı etdi. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü oldu. Bu qurultayın keçirilməsində də əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin daima qırılmaz tellərlə bağlanmasıdır.

Zəfər Qurultayında geniş nitq söyləyən Azərbaycan Prezidenti cənab İlham Əliyev torpaqlarımızın azad edilməsindən, bu taleyüklü məsələdə dövlətin, xalqın, ordunun, eyni zamanda dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıların həmrəyliyindən, hədəfə nail olmaq üçün görülən işlərdən bəhs etdi. Cənab Prezident qeyd etdi ki, bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımızdır və onlar tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən vətənpərvər gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Vətən müharibəsi günlərində yekdil birlik nümayiş etdirən dünya azərbaycanlılarının həmrəyliyi qələbə ilə yekunlaşdı. Hər bir azərbaycanlı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirək bu qələbəyə öz töhfəsini verdi.

Azərbaycan Prezidenti 2020-ci ilin oktyabrının ilk günlərində əbəs yerə demirdi: “Şuşasız işimiz yarımçıq qalar”. Şuşa fəth olundu, işlərimiz bütövləşdi, savaş dayandı.

Şuşa Zirvəsində dövlət başçısı Qarabağda qazanılan ədalətli qələbəmizdən bəhs edərkən bir daha xatırlatdı ki, Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz! Hər birimiz Vətən torpağını göz bəbəyimiz kimi qorumalıyıq. Düşmən hər bir zaman bizim dəmir yumruğumuzu hiss etməli, bizim torpaqlara sarı baxmamalıdır.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!