YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatında akademik Zərifə Əliyevaya həsr edilmiş tədbir keçirildi

YAP Laçın rayon təşkilatı və Laçın Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxslə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın anadan olmasının 99 cu ilini qeyd etdi.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov akademik Zərifə xanım Əliyeva haqqında ətraflı məlumat verdi.

İlqar İlyasov qeyd etdi ki, Azərbaycanda görkəmli alimin adı layiqincə əbədiləşdirilmişdir: “Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Milli Oftalmologiya Mərkəzi, Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını şərəflə daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Biri Bakıda, digəri Naxçıvanda olmaqla 2 küçə, bir neçə lisey və orta məktəb Zərifə Əliyevanın adını daşıyır. Zərifə xanım Əliyevanın əziz xatirəsi yaddaşlarda görkəmli oftalmoloq-alim, ulu öndər Heydər Əliyevin həyat yoldaşı və silahdaşı olmaqla yanaşı, eləcə də xalqımıza və dövlətimizə Prezident İlham Əliyev kimi layiqli bir oğul bəxş etmiş Ana kimi qalacaqdır.”

 Daha sonra çıxış edən Laçın Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Güllü İbadova qeyd edib ki, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib: “Görkəmli oftalmoloq 160-dan çox elmi əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.”

Tədbirdə Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərini vurğulandı. Bildirildi ki, O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.

Qeyd olundu ki, görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Bütün bu xidmətlərinə görə görkəmli oftalmoloq-alim Azərbaycanın əməkdar elm xadimi fəxri adına, oftalmologiya elminin inkişafı naminə əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafata layiq görülüb. SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.