YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

Ucar rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Bilalov Habil Ağalar oğlunun 50-ci, İkinci Qarabağ müharibəsi Qarayev Namiq Qarakişi oğlunun 43-cü doğum günü münasibətilə məzarları ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, şəhid valideynləri - şəhid leytenant Elnur Vəliyevin atası Əli Vəliyev, şəhid kapitan Elçin İsmayılovun atası Mübariz İsmayılov, şəhid Təbriz Bəkirovun atası Etibar Bəkirov, şəhid Coşqun Məmmədovun atası Elnur Məmmədov, şəhid Fərzəli Fərzəliyevin atası Əlimövsüm Fərzəliyev, Birinci Qarabağ müharibəsi şəhidi Dünyaz Abdullayevin bacısı, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov, YAP fəalları rayondakı Şəhidlər xiyabanında şəhid Habil Bilalovun, Qazıqumlaq kənd qəbiristanlığında isə şəhid Namiq Qarayev məzarlarını ziyarət edib, üzərilərinə gül-çiçək düzüb, ruhlarına dualar oxuyublar.

Çıxış edənlər bildiriblər ki, torpaqlarımızın azad olunması uğrunda öz canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq.

Daha sonra şəhər 4 saylı tam orta məktəbdə şəhid Habil Bilalovun xatirəsinə həsr olunmuştədbir keçirilib.

Anım tədbirində çıxış edənlər Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığından danışıblar.

Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub.