YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda görkəmli oftolmoloq Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təşkilatçılığı ilə görkəmli oftolmoloq Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən danışıb.  Bildirib ki, Zərifə xanım Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-ə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd olunub ki, Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Heydər Əliyev Mərkəzinin elmi işçisi Pərvin Şirəliyeva, Sabir ev muzeyinin əməkdaşı Aytəkin Əliyeva, tarix diyarşunaslıq muzeyinin əməkdaşı Vüsalə Həsənova və mərkəzi kitabxananın əməkdaşı Nuridə Qədirova çıxışlarında vurğulayıblar ki, akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Tədbirin sonunda Zərifə Əliyevanın ömür yoluna həsr edilən film nümayış olunub.

DİGƏR Xəbərlər Arxiv