YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycanla hesablaşmamaq artıq mümkün deyil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etmişdir ki, biz ərazi bütövlüyümüzün bərpası üçün bundan sonra da fəal səylər göstərəcəyik: “Münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. İkili standartlara son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyündən az əhəmiyyət daşımır. Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Amma bizə gəldikdə görürsünüz ki, münasibət fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır, ədalətsizlikdir. Hər bir görüşdə, ən yüksək səviyyədə keçirdiyim görüşlərdə bu sözləri mən bax dediyim ifadələrlə tərəf-müqabillərimə çatdırıram. Bu riyakarlığa, ikili standartlara son qoyulmalıdır. Ermənistan Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal edibdir. Ancaq rəsmi bəyanatlara gəldikdə, çox mücərrəd ifadələr işlədilir. Biz öz sözümüzü deyirik, deyəcəyik. Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz artır. Azərbaycanla hesablaşmamaq artıq mümkün deyil və ölkəmizin iştirakı, razılığı olmadan bölgədə heç bir təşəbbüs irəli sürülə və öz həllini tapa bilməz”.

 

DİGƏR xəbərlər Arxiv