YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında ərazi partiya təşkilatları ilə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında ərazi partiya təşkilatları ilə növbəti görüş keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranmasından, partiyanın yarandığı dövrdə Azərbaycandakı böhran vəziyyətdən danışıb. Bildirib ki, ağır sosial-iqtisadi vəziyyətin hökm sürdüyü bir dövrdə xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə islahatlar həyata keçirildi: “Heydər Əliyevin qətiyyəti, qüdrəti Azərbaycanı parçalamaqdan qurtardı. Azərbaycan gəncliyinin inkişafı istiqamətində çox böyük işlər görüldü. 44 günlük Vətən müharibəsindəki Zəfərimizin təməli də məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”.

Tədbirdə çıxış edən “91-lər”dən biri Allahverdi Hacıyevin sözlərinə görə, YAP Azərbaycanda və regionda yeganə partiyadır ki, müstəqilliyinə nail olmaq istədiyi dövlətin uğrunda çox çətin yollardan keçib. YAP ilk olaraq azərbaycançılıq, dövlətçilik ideyasını reallaşdırmağı qarşıya məqsəd qoydu. Bildirilib ki, YAP-ın digər partiyalardan fərqi ondan ibarətdir ki, hakim partiya məhz bu prinsiplər üzrə fəaliyyətini davam etdirir. YAP təkcə yeni Azərbaycan dövlətini qurmadı, həmçinin yeni Azərbaycan insanını yaratdı.

Daha sonra tədbirdə çıxış edənlər “İstiqlaliyyət küçəsi 6” ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov, “Nizami 72” ərazi partiya təşkilatının sədri Yasin Qarayev, “İstiqlaliyyət küçəsi 8” ərazi partiya təşkilatının sədri Orxan Ağayev, “Üzeyir Hacıbəyov küçəsi 34” ərazi partiya təşkilatının sədri Soltanəli Qurbanov, “S.Y.Bakuvi 14” ərazi partiya təşkilatının sədri müavini Səbuhi Gülməmmədov da partiyanın qazandığı uğurlardan danışıblar.

Sonda Allahverdi Hacıyev 75 illik yubileyi münasibəti ilə YAP Səbail rayon təşkilatının fəxri fərmanı ilə təltif edilib.