YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük rəmzi məna daşıyan möhtəşəm hadisədir

Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi böyük əhəmiyyətə malik tarixi hadisədir. Eyni zamanda bu hadisə bütün dünyaya Qarabağın əsl sahibinin kim olduğunun göstəricisi və qələbə həmrəliyimizin nümayişidir. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan xalqının Ulu öndəri, Ümumilli Liderimiz Heydər Əliyev dünya Azərbaycanlılarının həmrəy olması, təşkilatlanması, ictimai-siyasi qüvvəyə çevrilməsi, milli dəyərlərimizin qorunması istiqamətində yorulmaz fəaliyyət göstərmiş, böyük işlər həyata keçirmişdir. Ulu öndərimiz Heydər Əliyev hər zaman xaricdə yaşayan həmvətənlərimizi xüsusi diqqətdə saxlamış, xarici ölkələrə səfəri zamanı həmin ölkədə yaşayan azərbaycanlılarla görüşmüş, onlarla söhbət aparmış, həmvətənlərimizin problemləri ilə yaxından maraqlanmışdır:

“Eyni zamanda Ümummilli Lider Heydər Əliyev tərəfindən 2001-ci il mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalanmışdır.  Bundan başqa , 2002-ci ilin iyulun 5-də Ulu öndər Heydər Əliyev  tərəfindən “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalanmışdır. İmzalanmış sərəncamlar, həyata keçirilən bütün tədbirlər, dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin qorunmasında çox böyük rol oynamışdır.”

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük rəmzi məna daşıyan möhtəşəm hadisədir. Əlbətdə bütün bunlar cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dünya Azərbaycanlıları hər zaman cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir:

“Bu möhtəşəm hadisə münasibəti ilə bütün xalqımızı, dünya azərbaycanlılarını təbrik edirəm. Birliyimiz, Həmrəyliyimiz əbədidir! Düşmənə göz dağı olan bu birliyimiz və həmrəyliyimiz Azərbaycanımızı qələbələrə aparır!”