YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbçilərimizin Türkiyədə təlimləri davam edir

Türkiyədə Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə həyata keçirilən “Komando təməl kursları” və “Təxminat təlimləri” davam edir.

Hərbçilərimizin iştirakı ilə keçirilən təlimlər barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter hesabında məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə davam edən “Komando əsas kursları” və “Təxminat təlimləri” çərçivəsində beş Azərbaycan briqadasında “Uzaq məsafəyə müqavimət yürüşləri” həyata keçirilib.