YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatı “Milli maraqlar və xarici siyasət” mövzusunda növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “Milli maraqlar və xarici siyasət” mövzusunda növbəti görüş keçirib. Tədbirin budəfəki qonaqları AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov olub.

Öncə tədbir iştirakçıları Yasamal rayonu ərazisində Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinə salınmış abidə kompleksini ziyarət ediblər.

Sonra YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb, xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ümummili lider Heydər Əliyevin dühası olan milli maraqlar və xarici siyasət konsepsiyası müasir Azərbaycanın əsas siyasət konsepsiyasıdır. Bu konsepsiya hal-hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla və dinamik bir şəkildə davam etdirilir. Bundan əlavə Azərbaycanın milli maraqları və xarici siyasətinin uğurla davam etdirilməsi 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunması və doğma Qarabağımızda bərpa-quruculuq işlərinə start verilməsi ilə özünün yüksək nöqtəsinə çatdı. Bu konsepsiya əsasında regionda və qloballaşan dünyada Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar yaratdı.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə söyləyib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli maraqlar və xarici siyasət konsepsiyası özündə fəlsəfi əsasları ehtiva edir. Bu əsaslar 44 günlük Vətən müharibəsində bizim qələbəmizi şərtləndirdi. Bildirib ki, bu əsaslar qloballaşma fonunda milli maraqların və xarici siyasətin qorunması baxımından çox əhəmiyyətlidir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov “Bir millət-iki dövlət” formulunun fəlsəfi-metodoloji yanaşmasından bəhs edib. Onun sözlərinə görə, bu yanaşmada ümumfəlsəfi və elmi qənaətlərin işığında konkret olaraq Ulu Öndərin “Bir millət-iki dövlət” formuluna uyğun Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi töhfələrin fəlsəfəsi araşdırılır. Bundan əlavə F.Qurbanov Prezident İlham Əliyevin “Bir millət-iki dövlət” formulunu böyük uğurla inkişaf etdirməsinin fəlsəfi-tarixi analizindən bəhs edib.

Müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb.