YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda şəhid ailələri və qazilərlə görüş keçirilib

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Akademik Əhliman Əmiraslanov Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə növbəti görüş keçirib.

Görüş iştirakçıları çoxsaylı ağır xəstələrinin cərrahi əməliyyatlarının təşkil edilməsi və şəxsən özünün icra etməsinə, insanların müayinə və müalicəsinin təşkilinə göstərdiyi xidmətlərinə görə Akademik Ə.Əmiraslanova minnətdar olduqlarını bildirdilər.

Əhliman Əmiraslanov şəhid ailələrini, qaziləri narahat edən problemlərin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib və bildirib ki, bu istiqamətdə işlər ardıcıl olaraq ölkə rəhbərliyi tərəfindən aparılacaqdır.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında hər zaman dövlətin dəstəyini və qayğısını hiss etdiklərini ifadə edən şəhid ailələri və qazilər bu kimi görüşlərin məhz onlara göstərilən diqqətin bariz nümunəsi olduğunu bildiriblər, ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.